Koronavirusdan ən çox əziyyət çəkənlərdən biri də 65 yaşdan yuxarı altsheymer xəstələridir.
Medicina.az xəbər verir ki, türkiyəli həkim nevroloq Özge Yılmaz Küsbeci koronavirusdan sonrakı dövrdə bu xəstələrin sayının daha da artacağını qeyd edib:
“Virus xəstələrin hərəkətsiz qalmasına, sosial imkanlarının azalmasına səbəb oldu. Koronavirusa yoluxma sayı azalsa da bu bir çox xəstəliklərin artmasına səbəb olacaq. Həmin xəstəlikdən biri də altsheymer xəstəliyidir. Altsheymer xüsusən 65 yaşdan yuxarı insanlarda rast gəlinən nevroloji bir xəstəlikdir. Amma 65 yaşdan əvvəl də buna rast gəlmək olar. 65 yaşda 100 nəfərdən 3-4-də olsa da, 75 yaşında bu rəqəm 10-20 arasında dəyişir. 86-90 yaşlarda isə hər 100 xəstənin 30-40-da bu xəstəliyi görə bilərik”.