Yaşlı insanlarda beynin gerilədiyini göstərən ilk əlamətlər heç də həmişə beyinlə bağlı olmaya bilər.
“Medicina” xəbər verir ki, nevroloq Fouzia Siddiqui qoxu itkisinə diqqət çəkib:
“Qəfil qoxu itkisi demansın erkən əlaməti ola bilər.
Bu insanlar duş qəbul edərkən şampunun və ya sabunun qoxusunu hiss hiss etməyə bilərlər. Xüsusilə 40 yaşdan sonra səbəbsiz qoxu itkisinin bilişsel geriləmə və Alzheymer xəstəliyi riskindən olduğu sübut olunub.
Demensiyanın səbəb olduğu neyrodegenerasiya prosesi qoxuların qavranılmasına və duyğusal emalına təsir göstərir”.
Siddiqui əlavə etdi ki, demensiya beynin müəyyən hissələrinin atrofiyasına səbəb olur. Qoxuya cavabdeh olan sahə daimi zədələnirsə, qoxuları hiss etmək və tanımaq qabiliyyəti həmişəlik itirilə bilər.
Bununla belə, qısamüddətli qoxu itkisinə adətən soyuqdəymə, qrip, sinus infeksiyaları, allergiya və koronavirusun səbəb olduğunu qeyd edib.
Aygün Musayeva