Tədqiqatlar ət növlərində əqli çatışmamazlığın inkişaf riskini azalda bilən güclü antioksidantlar aşkar edib.
“Medicina” xəbər verir ki, “Antioksidantlar” jurnalında dərc olunan məlumatlara görə, elm adamları mal, donuz əti və toyuq ətində imidazol dipeptidləri kimi tanınan antioksidantlar tapıblar.
Mütəxəssislər bildirdilər ki, bu maddələrin təsiri nəticəsində demensiyanın (qazanılmış demans) inkişaf riski azalır. Beyin fəaliyyətinin pisləşməsi və idrak funksiyalarının zəifləməsi ilə kimi xarakterizə olunan xəstəlik neyrodegenerativ vəziyyət adlanır.
Tədqiqatçıların fikrincə, karnosin və anserin kimi imidazol dipeptidləri əqli çatışmazlığın qarşısını almağ
a kömək edə biləcək neyroprotektiv xüsusiyyətlərə malikdir. Onlar beyni oksidləşdirici stress və iltihab nəticəsində yaranan zədələrdən qoruyan antioksidant və antiinflamatuar təsirlərə malikdir.
Tədqiqatçılar qanında daha yüksək karnosin və anserin səviyyəsi olan insanları 10 illik təqib dövründə əqli çatışmamazlığa daha az həssaslıq göstərdiyini sübut edib. Qeyd edək ki, "Nutrients" jurnalında dərc olunan başqa bir araşdırma, 6 ay ərzində qəbul edilən karnosin əlavələrinin yüngül koqnitiv pozğunluğu olan yaşlı insanlarda beyin funksiyasını yaxşılaşdırmağa təsir etdiyini müəyyən etdi.
Eyni zamanda, tədqiqatçılar qeyd edirlər ki, ət imidazol dipeptid qrupundan olan yaxşı antioksidant mənbəyi olsa da, onun tərkibində çoxlu doymuş yağ var ki, bu da ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.
Günay Quliyeva