Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Epilyasiya zamanı yanan dəriyə ilkin müdaxilə - Necə xilas etməli?

  • 2019.01.31 15:23
  • 23605 Baxış
Epilyasiya zamanı yanan dəriyə ilkin müdaxilə -  Necə xilas etməli?

Arzuolunmaz tüklərdən birdəfəlik azad olmaq üçün lazer epilyasiyasından çox istifadə edilir. 


Həqiqətən də bu yolla tüklərdən birdəfəlik yaxa qurtarmaq mümkündür. Amma prosedur düzgün edilmədikdə dərini yandırır və iz qoyur. Buna görə də prosedurdan sonra dəriyə düzgün qulluq edilməlidir. 


Epilyasiya zamanı dəridə əsasən I və II dərəcəli yanıqlar yaranır. I dərəcəli yanıqlar zamanı damarlar həddən artıq qanla dolur və dəri şişir. Yanıq ağrı ilə müşayiət edilir. II dərəcəli yanıqlarda isə sarımtıl rəngli şəffaf maye olan qabarcıqlar əmələ gəlir. 


Qadınlar isə epilyasiya yanıqları yarandıqda nə etməli olduqlarını bilmirlər. 


Medicina.az epilyasiya zamanı yanan dəriyə ilkin müdaxilə yollarını açıqlayır:

 

Çaytikanı yağı 


Bu yağ yanıqların müalicəsində yaxşı effekt verir. Səbəbi isə onun tərkibində toxumaları bərpa edən və ağrını azaldan bioloji aktiv maddələrin olmasıdır. Bunun üçün epilyasiyadan qayıtdıqdan sonra dərinizi azacıq çaytikanı yağı ilə silə bilərsiniz. 


Bundan əlavə yanıq nahiyələrə zeytun yağı da sürtmək olar. 


Əgər yanıqlar çox ağrı verirsə o zaman, onların üzərinə yumurta sarısı də çəkmək olar. Sarı quruduqdan sonra onu soymaq olmaz. Özü düşməlidir.