Ketogen dieta 5 yaşlı epilepsiya xəstəsini demək olar, müalicə edib.
“Medicina” xəbər verir ki, İngiltərəli Lifi Liu 6 aylığından epilepsiya tutmalarından əziyyət çəkirdi. 5 yaşında artıq sutkada 30 dəfə qıcolmaları olurdu.
Həkimlər bütün mümkün dərmanları sınamışdılar, amma epilepsiya ağırlaşırdı.
O zaman ailə alternativ metodlar axtarmağa başlayır.
Bu zaman onlar keto dieta barədə oxuyurlar.
Ekspertlər hesab edir ki, orqanizm karbohidratları yandırdığı üçün epilepsiya ola bilər. Ona görə orqanizmdə karbohidrat mümkün qədər az olmalıdır, yağlar isə çox.
Lazım olan yağ isə avokadoda var. 5 yaşlı qıza gündə 2 avokado verdikdən 1 ay sonra tutmaların sayı azalır.
İlə təxminən 2000 avokado yeyən qızda indi tutma ildə 10 dəfə olur. Valideynlər bildirir ki, onlar avokadoya ildə cəmi 2000 dollar xərcləyir, qıza bu vaxta kimi xərclənən dərmanlar isə bundan qat-qat çox idi.
Hətta indi qızları ilə səyahətə də çıxa bilir.
Uşağın sevimli yeməyi indi balıq, qoz və avokadodur.
Aygün Musayeva