Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Epilepsiya ilə bağlı faydalı yazı - Nevroloqumuz başının üstündən maşın keçən xəstəni necə xilas edib...

  • 2017.10.23 11:57
  • 33827 Baxış
 Epilepsiya ilə bağlı faydalı yazı -  Nevroloqumuz başının üstündən maşın keçən xəstəni necə xilas edib...


Medicina.az saytının konfrans zalında Azərbaycanın bir–neçə nevroloqunun iştirakı ilə tədbir keçirilib. Ötən həftə keçirilən konfrans zamanı həkimlər öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar. İştirakçılardan iki nəfər isə məruzə ilə çıxış edib. Nevroloq Samirə Məmmədovanın hazırladığı materialı təqdim edirik: 

 


 



"Posttravmatik   epilepsiya”


Açıq və qapalı kəllə-beyin travmalarından sonra epilepsiyanın yaranması hamımıza məlumdur. Açıq kəllə-beyin travmalarında epileptik sindrom daha çox yaranır.  Bəzi müəlliflərə görə, qapalı kəllə-beyin travmalarında epilepsiya riski  5% civarındadır. Kəllədaxili cərrahi əməliyyatlardan sonrakı epilepsiyaları da bu qəbildən hesab etmək olar. Çünki bu zaman da cərrahi proses vaxtı beyin tamlığının travmatik pozulması qeyd edilir.  Bu halda travmanın ilk iki həftəsi ərzində baş verən tutmalar erkən epitutmalardır, travmadan iki həftə keçdikdən sonrakı epileptik tutmalar gecikmiş epitutmalardır.


Posttravmatik epilepsiyalar sadə-fokal; avtomatizmlə və avtomatizmsiz kompleks fokal (huşun qaranlıqlaşması da daxil olmaqla); ikincili generalizə olunmuş epileptik tutmalara bölünür.


Bildiyimiz kimi diaqnostikada klinik təsdiq və EEQ müayinəsi əsas götürülür. Bəzən EEQ müayinəsi zamanı travmalardan sonra  uzun müddət epileptik komponenetlər görülə bilər, lakin heç bir epileptik tutma olmaya bilər. Təbii ki, bu halda dərman müalicəsi etmirik.


 

Travmanın ilk günlərində epileptik tutmaların profilaktik müalicəsi haqqında bəzi araşdırmalar aparılıb və məlum olub ki, heç bir AEP təyini posttravmatik epilepsiyanın qarşısını ala bilmir. Bu cür profilaktik AEP təyini öz təsdiqini tapmayıb, əksinə xəstələr AEP –in əlavə təsirlərinə məruz qalıb.


Müalicəni nə zaman başlayırıq?


Biz bilirik ki, epilepsiyanın müalicəsini ən azı iki epileptik tutma olubsa və bu özünün kliniki təsdiqini tapıbsa,  başlamaq olar. Lakin travmatik proseslərdə beynin struktur zədələnməsi baş verdiyinə görə ilk epileptik tutmalardan sonra müalicə başlanması məqsədəuyğundur. 


Generalizə olunmuş tonik klonik qıcolmalarda ilk seçim preparatları: Valproat, Lamotricin, Fenitoin, Karbamazepindir. İkinci seçim preparatları Topiramat, Pirimidol, Fenobarbital, Felbamatdı.

 

İndi təqdim edəcəyim xəstə posttravmatik epilepsiyalara gözəl nümunədir.


Xəstə 56 yaşındadır. Evlidir, 2 övladı var. 1 yaşında olarkən serebral travma almışdır (anasının deməsinə görə,  başının üzərindən maşın keçmişdir). Beyin hemtomasının şıxarılması əməliyyatı aparılmışdı. Əməliyyatdan sonra xəstədə epileptik tutmalar yaranmışdır. Digər nevroloji defisiti yoxdur. 1 yaşından indiyə kimi xəstə AEP (karbamazepin)  qəbul edib. Təxminən 1 il əvvəl xəstə dərman qəbuluna ara verib və  epileptik statusa düşüb, göstərilən reanimasyon tədbirlərdən sonra karbamazepin 200mg gündə 2 dəfə təyin olunmaqla evə yazılıb. Lakin tutmalar davam etdiyinə görə dərman qəbulu gündə 3 dəfəyə keçirilib.


MRT-də sol təpə-gicgah nahiyyəsində ensefalomalaziksistik lezyon qeyd olunur.



 

EEQ müayinəsindəsol, bəzən sağda olmaqla kəskin və iti- yavaş dalğa kompleksləri aşkar olunmuşdur.

 


 


Hazırda xəstənin tutmaları ara verib. Xəstə təsərrüfat işləri ilə məşğuldur. Yəni sağlam həyat tərzinə qayıda bilib.


Göründüyü kimi uzun müddətli postravmatik epileptik tutmaları olan xəstələr belə sağlam həyat tərzi sürə bilirlər.Yalnız  mütəmadı olaraq həkimlə əlaqə saxlanmalı və dərman qəbulu özbaşına dayandırılmamalı və doza dəyişikliyi edilməməlidir.

 Epilepsiya ilə bağlı faydalı yazı -  Nevroloqumuz başının üstündən maşın keçən xəstəni necə xilas edib...
 Epilepsiya ilə bağlı faydalı yazı -  Nevroloqumuz başının üstündən maşın keçən xəstəni necə xilas edib...
 Epilepsiya ilə bağlı faydalı yazı -  Nevroloqumuz başının üstündən maşın keçən xəstəni necə xilas edib...