Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Epidemioloqlar “Kraken” ştammının təhlükəli olacağından narahatdır

  • 2023.01.13 16:18
  • 1784 Baxış
Epidemioloqlar “Kraken” ştammının təhlükəli olacağından  narahatdır

Hazırda dünyada aktiv olan Kraken ştammına yoluxma Rusiyaya çatdı.

Medicina.az xəbər verir ki, epidemioloqlar bu ştamma görə xüsusu narahat olsa da, insanları yeni variantlardan qorxmamağa çağırıb.

“Krakenin sürətlə yayılması labüddür. Çünki sərhədlər açıqdır, təyyarələr uçur.

XBB.1,5 – Kraken ştammı Omikronun uğurlu mutasiyasıdır, çünki onun yoluxduruculuğu digər ştamlardan daha yüksəkdir.

Amma ağırlığına görə Omikrondan fərqli deyil, ölüm faizi aşağıdır.
Kraken çox yoluxucudur və qısa müddətdə yayılır.

Hava-damcı yolu ilə yayılır, yaşlı xəstələr, uşaqlar risk qrupundadır.

Amma demək olar hər insanda kovidə qarşı immun müdadiə olduğu üçün təkrari yoluxma ağır keçmir.
Epidemioloqlar koronavirus pandemiyasının bitməsi barədə danışmağın hələ tez olduğunu bildirir.

Aygün Musayeva