Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ənvər Həsənovun durumu necədir? - Açıqlama

  • 2022.09.01 16:58
  • 2556 Baxış
Ənvər Həsənovun durumu necədir? -  Açıqlama
Xalq artisti Ənvər Həsənovun səhhəti ilk gündən Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, ailəsi və həkimləri ilə mütəmadi olaraq danışıqlar aparılır.


Bu barədə Medicina.az -a nazirlikdən bildirilib.


“Xəbər verildiyi kimi, bir neçə gün öncə Ənvər Həsənovun səhhətində problem yaranıb və o, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Götürülmüş test nəticələrinə əsasən Ə.Həsənovda COVID-19 virusu aşkarlandığına görə, hazırda Xalq artistinin müalicəsi karantin qaydalarına uyğun olaraq davam etdirilir. Ailəsinin də razılığına əsasən COVID-19 ilə bağlı müalicəsi və karantin müddəti başa çatdıqdan sonra Ə.Həsənovun səhhətində ola biləcək hər hansı başqa xəstəliklər və narahatlıqlarla əlaqədar onun digər klinikalarda müayinəsi və müalicəsi ilə bağlı nazirlik tərəfindən lazımi tədbirlər görüləcək”, - məlumatda deyilir.