Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Enerjili olmaq üçün səhərlər nə yeyək?

  • 2023.05.24 10:28
  • 2803 Baxış
Enerjili olmaq üçün səhərlər nə yeyək?
Elə qidalar var ki, səhər yeyildikdə insana böyük enerji resursu verir.


“Medicina” xəbər verir ki, qidalanma mütəxəssisi Marina Melnikovanın sözlərinə görə, səhərlər sitrus meyvələri və şokolad daha tez, rahat oyanmağa kömək edəcək.


“Eləcə də portağal dilimi daim yuxulu olanlar üçün xilas yolu ola bilər. Bu meyvənin şirəsində bədəni enerji ilə dolduran çoxlu miqdarda C vitamini var. Lakin sitrus meyvələri acqarına yeyilməməlidir.


Bir neçə saatlıq enerji verən digər məhsul isə tünd şokoladdır. Tərkibi ən azı 55 faiz kakao paxlası, pəhriz lifi və maqneziumla zəngindir.

Bu element stresslə mübarizə üçün zəruri olan endorfinləri, xoşbəxtlik hormonlarını və serotonini almağa kömək edir.

Ən faydalı səhər yeməklərindən biri də sıyıqdır. Tərkibində bir neçə saat ərzində sürətli doyma və enerji verən zəif karbohidratlar var.

Yumurta bədənin düzgün işləməsi üçün lazım olan minerallar, vitaminlər və zülallarla doludur.

Eləcə də yeməyə tərəvəz əlavə edilməlidir. Çünki tərəvəzlərin tərkibində kalsium, kalium və D vitaminləri zəngindir”.

Aynurə Məmmədova