Eqoist, ətrafdakı hər kəsi idarə etməyə çalışan, paranoy və pozitiv... Onlarla görüşdükdən sonra özünü limon kimi sıxılmış hiss edirsən. Bunlar əsl enerji vampirləridir.
“Medicina” xəbər verir ki, bu termin klinik psixoloq Albert Bernstein tərəfindən yaradılıb. O, enerji vampirlərini zahirdə parlaq, istedadlı və hətta xarizmatik təsəvvür edib, onlar kiminsə diqqətini çəkərək və ya əlaqələr quraraq, sonradan insanın emosional enerjisi ilə qidalanmağı bacardılar.
Enerji vampirləri kimlərdir?
Birincisi, hər şeyə nəzarət edənlər.. Onlar həmişə vədlərinə əməl edən sadiq dostlardır. Lakin onların bu rəftarları bezdiricidir və başqalarını da buna əməl etməyə məcbur edirlər. Münasibətlərdə liderlik statusunu şübhə altına ala biləcək hər şey onlar üçün xoşagəlməzdir. Bu cür vampirlər olmasaydı, dünyamız dayanardı, çünki onlar çox pedantik və çalışqan işçilərdir. Onların davranışları adamı əsəbiləşdirir, çünki onlar ətrafdakı həyatı yalnız ağ-qara rəngdə görürlər.
İkincisi, paranoid vampirlər var. Onlar hər hansı bir sözdən və ya yan baxışdan inciyir, hər kəsə şübhə ilə yanaşır, ailəsini və yaxın dostlarını mövcud olmayan təhlükələrdən qorumaq üçün var gücü ilə çalışırlar. Bağışlamaq və ya unutmaq iqtidarında deyillər. Onlar dürüstdürlər, ona görə də acı həqiqəti eşitməyə hazır deyilsinizsə, onlara sual verməyin. Gizlətməyə çalışdığınız hər şeyi paranoid vampir tez tapacaq. Özünüzü onlardan qorumağın yeganə yolu dürüstlükdür. Amma bu insan sizə həyatda çox əziz deyilsə, dost olaraq başqasını tapmaq daha yaxşıdır.
Üçüncüsü, gülməli vampirlər. Bunlar həmişə hamıdan stənilən işdə bir addım önə keçmək istəyirlər. Xaricən müsbət, heç nədən şikayətlənməyən əla yoldaşlardır. Amma onlar səni elə şeylərə, elə macəralara sürükləyəcəklər ki, bu sizə yad bir şey olacaq.
Onlar sizin problemlərinizi eşitməkdə maraqlı deyillər. Əhvalınız yaxşı deyilsə, belə bir vampir üçün maraqsız olacaqsınız. Onlarla əylənə bilərsiniz, amma başqa heç nə yoxdur. Dar gündə onları narahat etməyin.
Nəhayət, enerji vampirlərinin dördüncü və ən çox yayılmış növü eqoistlərdir. Onların yorucu söhbətlərində ən çox “mən, mən, mən, mən, mənim, mənim üçün, mənə, mənimlə” və s. eşidərsiz. Onlar həyatdan şikayətlənməyə və ya uğurları ilə öyünməyə başlayırlar, başqasının söhbəti ona maraqlı deyil. Özünüzü qorumağın yeganə yolu söhbəti kəsib, başqasına üz çevirməkdir. Bu zaman vampirlər tez bir zamanda ordan ayrılırlar, çünki onları yalnız öz şəxsiyyəti maraqlandırır.
Günay Quliyeva