Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Enerji içkilərini içdikdən sonra bədəndə - 10 dəqiqə sonra başlanan İNANILMAZ PROSESLƏRNƏ BAŞ VERİR?

  • 2018.03.27 13:26
  • 14894 Baxış
Enerji içkilərini içdikdən sonra bədəndə  - 10 dəqiqə sonra başlanan İNANILMAZ PROSESLƏR NƏ BAŞ VERİR?
Son dövrlərin dəbi olan enerji içkilərinə gənclər xüsusilə böyük maraq göstərir. Amma çox az adam onların bədənə hansı təsiri göstərməsi ilə bağlı gerçəkləri bilir. Bəs enerji içkiləri güman edildiyi kimi bədənə enerji verirmi?


Medicina.az Publika.az-a istinadən oxucularını məhz enerji içkilərinin insan orqanizminə necə təsir göstərməsilə tanış edib:


10 dəqiqə sonra


Kofein qan dövranına qarışaraq təzyiqi və ürək döyüntülərini artırır.


15 dəqiqə sonra


Konsentrasiyanı artırır.


30 dəqiqə sonra


Kofein yuxunu qaçırır və göz bəbəkləri böyüyür.

 


1 saat sonra


Enerjiverici təsiri azalır. Bədən özünü yenidən yorğun hiss etməyə başlayır. İçki getdikcə orqanizmdəki lazımlı elementləri xaric edir.


6 saat sonra


Kofein səviyyəsi 50 faizə qədər azalır.


12 saat sonra


Kofein tamamilə yox olur. Bunun nə qədər sürətli baş verəcəyi fiziki fəallıq və yaşla bağlıdır.


24 saat sonra


Enerji içkiləri baş ağrısına, həssaslığa və həzm problemlərinə səbəb olur. Bir müddət sonra enerji içkilərinin təsirini hiss etməməyə başlayırsınız.


14 gün sonra


Orqanizminiz mütəmadi olaraq kofein qəbul etməyə alışır, içkinin təsiri azalır. Yuxusuzluq, şəkərlə bağlı köklük, sinir pozğunluğu və duyğusallıq, ürək döyüntüsünün sürətlənməsi və yüksək təzyiq meydana çıxır.