Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Enerji içkiləri içməkdən kişinin dişləri töküldü

  • 2025.03.28 22:17
  • 363 Baxış
Enerji içkiləri içməkdən kişinin dişləri   töküldü

Enerji içkilərini sevən və diş həkimlərindən qorxan kişi dişlərini itirməyə başladı.

“Medicina” xəbər verir ki, 39 yaşlı Nikolas Mudford diş problemlərində hər şeydən əvvəl enerji içkilərini günahlandırır.


İngiltərənin Devon şəhərinin sakini enerji içkilərini 20 il əvvəl dadlı və dəbli olduğu üçün içməyə başlayıb.


Zamanla bu, aludəçiliyə çevrildi və kişi gündə ən azı üç qutu energetic içki içməyə başladı ki, bu da dişlərinə mənfi təsir etdi. Qeyd etmək lazımdır ki, problemin mühüm hissəsi Nikolasın diş həkimlərindən qorxması idi.


Nikolas işə gedərkən yıxılıb ön dişlərini itirəndən sonra səbr kasası daşdı. Avropada stomatoloji xidmət baha olduğu üçün, pul toplayıb, Türkiyəyə gedib və orda 10 min lirəyə yeni dişlərini taxtırıb.


Aygün M