Gecə yolda yatmamaq üçün sükan arxasında energetik içki içmək təhlükəlidir.
"Medicina" xəbər verir ki, həkim Tatyana Romanenko yuxulamağa qarşı qəhvə və ya çayla mübarizə aparmağı tövsiyə edir. Onlar da kofein tərkiblidir.
“Sərin su, həmçinin çay və ya qəhvə yorğunluğun öhdəsindən gəlməyə və oyanmağa kömək edir. Onlar daha təhlükəsiz şəkildə beyni aktivləşdirir.
Tərkibində kofein olan şokolad və tərkibində qlükoza olduğuna görə meyvələr yeyə bilərsiz. Sürücülər yuxu gəldiyi an maşını saxlayıb, 15-20 dəqiqəlik yuxu alıb, sonra davam etsələr yaxşıdır".
Aygün