Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çənə sümüyünə damaqdan transplant qoyuldu – Bakıda fərqli əməliyyat

  • 2018.08.30 16:25
  • 13442 Baxış
Çənə sümüyünə damaqdan transplant qoyuldu –  Bakıda fərqli əməliyyat
ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstənin çənə sümüyündəki defekt qalça damağından götürülmüş transplantatla aradan qaldırılıb. 


Medicina.az xəbər verir ki, əməliyyatın təfərrüatları haqqında Klinikanın Ağız və üz çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.


"Xəstə 6 il əvvəl ağız boşluğundakı törəmədən əməliyyat olunmuşdu. Əməliyyatdan sonra xəstə kompleks müalicə alsa da, onun ağzında yenidən şiş yaranıb. Bu dəfə xəstə Gürcüstan Respublikasında əməliyyat olunub və  əməliyyat zamanı xəstədə çənə ətraf yumşaq toxumalarla birgə geniş şəkildə götürülüb.


"Xəstə əməliyyatdan sonra əsasən ağızda və çənədə qalan estetik qüsurdan şikayət edirdi. Kompüter tomoqrafiyası nəticəsində 5 santimetrlik sümük defekti, yumşaq toxumalardakı batıqlıq aşkar olundu.

 

Odur ki, çənə sümüyündəki defektin qalça damağından götürülmüş transplantat qraft vasitəsilə aradan qaldırılması planlaşdırdıq. Eyni zamanda yumşaq toxuma batıqlığını isə ayrı qalça nahiyəsində piy toxuması transplantatla aradan qaldırılmasını planlaşdırdıq. Əməliyyatımız icra olundu, hər iki defekt aradan qaldırıldı”.


M.Davudov bildirir ki, xəstə əməliyyatdan artıq 2 gün sonra ayağa qalxıb. İndi onun vəziyyəti yaxşı olaraq qiymətləndirilir