Endoskopik Ultrasonoqrafi müayinəsi digər müayinələrlə çətinliklə baxılan və baxılması mümkün olmayan orqanları görüb incələmək üçün geniş imkanlar verən bir metoddur.
Medicina.az xəbər verir ki, LİV hospitalın Qastroenteroloji bölməsində təqdim olunan bu müayinə zamanı yemək borusundan keçməklə döş qəfəsi və qarın boşluğundakı bütün orqanlar – mədə, mədəaltı vəzi, limfa düyünləri, dalaq, böyrəklər, böyrəküstü vəzilər, öd kisəsi açıq-aydın detallı görünür, bu orqanlarda hər hansı kütlə, kist, şiş olduqda xüsusi incə kateter ucluğu ilə nümunələr götürülür.
EUS bununla yanaşı içi maye dolu kistləri və ya kütlələri tapdıqda stent adlı nazik tüplər vasitəsilə mədəyə boşalda bilir.
Beləliklə, xəstənin bu probleminə əlavə müdaxilə olmadan və günlük həyatı pozulmadan, xəstəxanada yatmadan son qoyulur.
Ona görə də həzm sistemi və bütün qarın boşluğu orqanlarına adi USM yox. EUS müayinəsi etdirsəniz, daha detallı diaqnoz qoyula bilər.
LİV hospitalın Ulus Qastroenteroloji Klinikasında bu metodla diaqnostika aparılır.