Dünyada hər il yüz minlərlə qadında endometrioz aşkarlanır.
"Medicina" xəbər verir ki, ginekoloq Yelizaveta Komarova endometriozun əsas səbəblərini açıqlayıb.
"Bu vaxta kimi elmə, tibbə endometriozun dəqiq yaranma səbəbi məlum deyil. Əsas səbəblər genetik, retroqrad menstruasiya, immun sistemin hücumu, endometriumun özünün problemi, hormonal disbalansdır.
O məlumdur ki, endometrioz estrogen hormonundan çox asılıdır, o iltihab, böyümə, ağrıya səbəb olur.
Nə qədər estrogen artıqlığı olarsa, endometrioz riski artır. Amma bu da dəqiq deyil. Çünki estrogenin az olması da endometriozu istisna etmir və belə xəstələr var.
Ona görə digər faktorlar stress, ətraf mühitin çirklənməsi və pis qidalanma da buna təsir edir.
Endometriozu olan qadınlar bu qidaları seçməlidir: balıq, losos, sümük bulyonu, yaşıl kərəviz, göyərtilər, brokkoli, zəncəfil, sarıkök, kətan toxumu, çia, təbii yoqurt.
Market qidaları, kofe, spirtli içki, siqaretdən uzaq durmaq lazımdır. Eləcə də təbii süd olmaz".
Aygün Musayeva