Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Endokrinoloqdan hazır yeməklərlə bağlı XƏBƏRDARLIQ

  • 2024.07.22 13:03
  • 824 Baxış
Endokrinoloqdan hazır yeməklərlə bağlı  XƏBƏRDARLIQ
Getdikcə daha çox insan hazır qidalara üstünlük verir. Qablaşdırılmış yeməklər, un məmulatları, avtomatlardan alınan kofelərlə nəinki günü, bütün həftəni keçirən insanların sayı artmaqdadır.

Medicina.az xəbər verir ki, Moskva Dövlət Universiteti Klinikasının endokrinoloqu, tibb elmləri doktoru Zuhra Pavlova sağlam qalmaq üçün hazır qidalardan uzaq qalmağı tövsiyə edib.

O bildirib ki, insanların öz yeməklərini bişirmək üçün kifayət qədər vaxtı olmadığı başa düşüləndir.

“Bu, xüsusilə tək yaşayanlar üçün keçərlidir. Bir çox insan özü üçün yemək bişirmək istəmir. Supermarketdən hazır və ya yarımfabrikant məhsullar almaq, eləcə də evə yemək sifariş etmək daha asandır. Bunu edə bilərsiniz. Çünki bu cür xidmət göstərən yerlərin keyfiyyəti getdikcə artır, üstəlik menyu da getdikcə müxtəlifləşir. Ancaq buna maksimum 1 həftə bel bağlamaq olar. Hazır yeməyə öyrəşmək böyük səhvdir”, - deyə həkim qeyd edib.

"Müasir problemlər müasir həllər tələb edir”, deyən həkim buna baxmayaraq, hazır məhsullardan həddən artıq istifadə etməyi məsləhət görmür:

“Çünki yeməklərin tərkibini, duz və şəkərin səviyyəsini bilməyəcəksiniz. Eləcə də kalori miqdarına nəzarət etmək mümkünsüz olacaq”.

Həkim istisnaların olduğunu bildirib:

“Bəzi yemək çatdırma şirkətləri sağlam həyat tərzinin bütün qanunlarına uyğun hazırlanmış yeməklər menyusunu təklif edirlər. Özlərini sağlam qida istehsalçısı kimi təqdim edən belə şirkətlərin sayı gün keçdikcə artır. Onların menyusunda buxarda bişmiş kotletlər, sobada bişmiş balıqlar, çoxlu göyərti və tərəvəzlər olur. Yeməklərin minimum yağ, duz və şəkərlə hazırlandığını bildirirlər. Bütün məsələ onların məhsulları hazırlayarkən reklam etdikləri prinsiplərə həqiqətən riayət edib-etməmələridir. İstehsalçıya güvənirsinizsə və həqiqətən özünüzün yemək bişirməyə vaxtınız yoxdursa, bu, alternativ variant ola bilər”.

Həkimin fikrincə, yenə də, ən yaxşı seçim məhsulları özünüzün almağı və bişirməyidir:

“Bu yolla siz öz menyunuzu dəqiq tənzimləyə və daha sağlam hiss edə bilərsiniz”.


Aysel