Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Endokrinoloq həkimdən öpüşməyin 5 faydası - İmmunitetin məşqidir

  • 2022.02.16 17:08
  • 15949 Baxış
Endokrinoloq həkimdən öpüşməyin 5 faydası -  İmmunitetin məşqidir
Öpüşmək immun sistemi aktivləşdirir, hüceyrələri gənc saxlayır.

Medicina.az xəbər verir ki, bunu Rusiyanın Metobolik və endokrin pozulmalar laboratoriyasının baş elmi əməkdaşı, həkim endokrinoloq Yekaterina İvanikova bildirib.

O, öpüşün 5 faydasını əsaslandırıb.

- Öpüşmək iki insan arasında bakteriya və virus mübadiləsini aparır, yəni bir orqanizm digərindəki bakteriyaları tanıyır, yerli immunitet yaranır. Yad bakteriyalarla qarşılaşan orqanizm A immunoqlobulin sintezini artırır. Bu da insanı möhkəmləndirir. Öpüşmək immunitet üçün məşqdir. Amma burda əsas şərt öpüşdüyünüz insanın QİÇS, hepatit olmamasıdır.

- Əhvalı qaldırır, depressiyaya və stresə qarşıdır. Dodaqların 1 sm yuxarı sahəsində 200 sinir ucu yerləşir. Bu hissəyə istənilən toxunuş insana həzz verir. Qucaqlaşma və öpüş zamanı dofamin hormonu hasil olur.

- Ailədə münasibətləri möhkəmləndirir

Dofamin razılıq və müsbət əhval hormonudur. Cütlüklərdə hər dəfə bu hormon artdığı üçün onların bir-birinə hissləri yaxşılaşır, ailə bağları möhkəmlənir, mübahisəyə zəmin yaranmır, problemlər tez həll olunur. İki insanın dodaqları bir-birinə toxunanda digər Oksitoçin adlı hormon sintez olur, bu da cütlük arasında emosional bağlılıq yaradır.

Ailəsində narazılıq, soyuqluq olan cütlüklər arasında öpüşün çoxdan unudulduğunu təxmin etmək olar.

- Bədən fiqurasını saxlamağa kömək edir, kokəlməyə qoymur. Çox öpüşən insanların şirniyyata marağı azalır, beyin həzz üçün əlavə yeməyə siqnal göndərmir.

- Ağrıkəsici təsir edir

Baş ağrısının, hətta bel ağrısının dərmanıdır. Çünki öpüş zamanı endorfinlər hasil olur. Xəstələnəndə, əməliyyatdan sonra mütləq öpüşü sınamaq lazımdır.

- İnsanı cavan saxlayır, dəridə qırışlara mane olur

- Öpüş zamanı insanın üz əzələləri hərəkət edir, eləcə də relaks baş verir. Bu isə masaj və gözəllik iynələrinə bərabərdir.