Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Miqren, kəpək, hormon pozğunluğu yaradırƏn ziyanlı saç düzümü

  • 2018.11.12 17:14
  • 12102 Baxış
- Miqren, kəpək, hormon pozğunluğu yaradır Ən ziyanlı saç düzümü
Amerika dermatoloqlarının fikrincə, qadınlarda saçlara və baş dərisinə mənfi təsir edən saç düzümü "at quyruğu”dur. Bu saç düzümü həm də qadınlar arasında ən geniş yayılan saç düzümü hesab olunur.

 

Medicina.az xəbər verir ki, saçların davamlı olaraq dartılması və rezinlə təmasda olması səbəbindən baş dərisinin qan dövranı pozulur, saçlar daha tez qırılan olur.  Bu cür saçlarda kəpək əmələ gəlir və sürətlə tökülür. Əgər saçlar uzun müddət babet şəklində uzun müddət yığılarsa o zaman baş ağrıları və miqren kimi problemlər meydana çıxır. Bu cür saç düzümü saç uzanmasını də əngəlləyir. Hormon pozulması səbəbindən keçəlləşməyə meylli qadınlar bu cür saç düzümünü qətiyyən seçməməlidirlər. Onlar daha çox açıq saçlarla gəzsələr yaxşı olar. 


Saçları toplayarkən yaxşı olar ki, rezin bağlardan, metal elementlərdən, plastik zajimlərdən istifadə etməyəsiz. Saçları açıq saxlamaq və ya boş hörük tövsiyə olunur. Saçları nəm ikən daramaq, yığmaq və qaynar ütü ilə ütüləmək qətiyyən olmaz.