Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən yaşlı qadın vəfat etdi

  • 2021.12.18 17:20
  • 2119 Baxış
Ən yaşlı qadın vəfat etdi

Çinin ən yaşlı qadını olan Alimixan Seyidi 135 yaşında vəfat edib.


Məlumata görə, Sincan-Uyğur Muxtar Vilayətinin Kaşqar rayonunda yaşayan Çin vətəndaşı kifayət qədər aktiv həyat tərzi keçirib. Qadın başqasının köməyi olmadan ev təsərrüfatı ilə məşğul olub, müntəzəm gəzintilər edib və yaşına baxmayaraq, nəvələrinə nəticələrinə baxmağa kömək edib.

Alimixanın yaşadığı Kumuşərik kəndi ÇXR-də yüzilliklər kəndi kimi tanınır. Həmin ərazidə yaşı 90-dan yuxarı olan qocalar çoxdur.