Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən ucuz və faydalı zülal mənbəyi - Hər mövsümdə yeyin!

  • 2024.05.22 19:57
  • 1081 Baxış
Ən ucuz və faydalı zülal mənbəyi -  Hər mövsümdə yeyin!
Pəhriz və sağlam qidalanma üçün əvəzolunmaz olan qarabaşaq əslində taxıl növü deyil. Təxminən 6 min il əvvəl Çindən gələn "rhubarb" ailəsinə aid çiçəkli bitkidən əldə edilən toxumdur. Təkcə özünəməxsus dadı deyil, həm də unikal faydaları olan qarabaşaq min illərdir ki, bütün dünyada qidalanmanın əsasını təşkil edir.

Medicina.az qarabaşağın faydalarını təqdim edir:

Qarabaşaq bağırsaqlar üçün çox faydalıdır. O, həzm sistemini tənzimləyir, qəbizliyin qarşısını alır.

Qarabaşağın tərkibində sağlam bakteriyalar üçün qida rolunu oynayan, faydalı bağırsaq bakteriyalarının böyüməsini təşviq edən prebiotik maddələr var.

Qarabaşağın FODMAPS səviyyəsi aşağıdır, bu da onu İBS kimi həzm pozğunluğu olan insanlar üçün əla seçim edir.

Qlütensizdir, qlisemik indeksi də azdır.

Qarabaşaq tam zülal kimi tanınan bir neçə bitki əsaslı zülal mənbələrindən biridir. Bu o deməkdir ki, tərkibində insanların qidadan alması lazım olan sağlamlıq üçün vacib 9 əsas amin turşusunun hamısı var.

Bir porsiya qarabaşaq (1 stəkan bişmiş) təxminən 6 qram zülal ilə təmin edir. Bu, 1 ədəd böyük yumurtanın ehtiva etdiyi zülala bərabərdir.

Qarabaşaq davamlı nişasta mənbəyidir. Nişasta həzm olunmadan nazik bağırsaqdan keçir. Qarabaşaq davamlı nişasta ehtiva edən taxıl məhsulları ilə müqayisədə qan şəkərinin daha az artmasına səbəb olur.

Bütün bu faydalarına görə qarabaşaq həm arıqlamaq, həm çəkisini qorumaq, həm də sağlam qidalanmaq istyənlər üçün ucuz və çox faydalı qida növüdür. Bəzi insanlar onu yaz və yay aylarında yeməyi xoşlamır. Lakin dietoloqlar qarabaşağı hər mövsümdə yeməyi tövsiyə edirlər. Onu düyü əvəzinə istifadə etmək, salatlara, hətta şorbalara əlavə etmək olar.


Aysel