Diş məcunu tək dişlərin sağlamlığı və gözəlliyi üçün deyil, üz dərisi üçün də istifadə oluna bilər.
Medicina.az xəbər verir ki, diş məcunu dəriyə çox yaxşı antiseptik, ağardıcı və quruducu təsir edir, sızanaqları və civzələri yox edir, dərini tonuslaşdırır.
Sızanaqlardan qurtulmaq üçün məcunu sızanaqların üzərində nöqtə şəklində çəkin və 30 dəqiqədən sonra yuyun. Bunu gündə bir neçə dəfə edin. Sızanaqlar ağarır, quruyur və daha tez yox olur.
Əgər üzünüzün böyük hissəsində səpgilər və sızanaqlar varsa, daha güclü vasitə hazırlayın. 1 həb aspirini əzin, bir az su əlavə edib qarışdırın, diş məcunu əlavə edin, yenə qarışdırın, dəriyə çəkin, 15 dəqiqə saxlayın və sonra yuyun.
Dərini ağartmaq məqsədi ilə məcunu limon şirəsi ilə qarışdırın (sıyıq kimi alınmalıdır), dəriyə çəkin, 15 dəqiqədən sonra yuyun.
Dəri üçün ekspress-maska resepti
Dərinizə qalın qatla diş məcunu çəkin, 5 dəqiqə saxlayın, sonra yuyun. Bu sadə maska dərini çox yaxşı tonuslaşdırır və ağardır.
Diqqət!
Diş məcunundan kosmetik vasitə kimi istifadə etdikdən əvvəl onu dərinizin kiçik bir hissəsinə çəkin. Dəridə gözəçarpan qızartı, qaşınma əmələ gəlibsə, bu allergiyaya işarə edir. Bu halda məcunu istifadə etməyin.
Həmçinin diş məcunu kosmetik vasitə olmadığına görə ondan sui-istifadə etməyin. Diş məcunu ilə maskaları həftədə 1-2 dəfə etmək kifayətdir./sirliqadin.az