Pəhriz siyahısına biri də əlavə olunub - kartof pəhrizi. Kartof pəhrizi 7 gündə 5 kilo arıqladır, lakin sağlamlığınızı da göz önünə almalısınız.
Medicina.az xəbər verir ki, bu pəhrizdə qaynadılmış kartofdan istifadə edilir. Həftəlik pəhriz siyahısı aşağıdakı kimidir.
1-ci gün
- Səhər yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 4 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq
2-ci gün
- Səhər yeməyi: 4 qaşıq qatıq
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 8 qaşıq qatıq, qaynadılmış kartof
3-cü gün
- Səhər yeməyi: Qaynadılmış kartof
- Günorta yeməyi: Qaynadılmış kartof və 3 qaşıq qatıq
- Axşam yeməyi: 4 qaşıq qatıq
Pəhrizdə uğur sirləri:
* Pəhriz, sizə və sizin sağlamlığınıza zərər verən qidalanma vərdişlərindən xilas olmaq deməkdir və həyatınızın hər dövründə uyğunlaşa biləcəyiniz bir nizam olmalıdır.
* Su içməyə əsla laqeyd yanaşmayın.
* Pəhrizə boşqabınızdakı yemək payını kiçildərək başlaya bilərsiniz.
* Duzu və şəkəri həyatınızdan çıxarın. Yağı isə məhdudlaşdırın.
* Xüsusilə də evdə mayalanmış qatıq yeməyə üstünlük verin.
* İdmanı həyatınıza daxil edin.
* Səhər yeməyi və ara paylara biganə yanaşmayın.
* Süfrəyə əsla çox ac oturub çox tox durmayın.
* Bitki çayları ilə bədəndə olan şişləri aradan qaldıra bilərsiniz.