Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən ucuz antixərçəng ərzağı

  • 2022.09.26 14:45
  • 1703 Baxış
Ən ucuz antixərçəng ərzağı


Adi baş kələmdən menyuda istifadə xərçəng xəstəlikləri riskini xeyli azalda bilər.

"Medicina" xəbər verir ki, bu barədə immunoloq Andret Prodeus bildirib.

Kələmin tərkibində maqniy, fosfor, dəmir, A, B, C, PP vitaminləri var.


Onun antixərçəng təsiri çoxdan sübut olunub.

"Bu tərəvəzdə çoxlu sulforafan var, onlar bədxassəli şi.lərə qarşıdır. Bu maddənin təsirindən bəd hüceyrələr ölür.

Eləcə də artıq xəstə insan kələm yeyərsə, onların artmasının, böyüməsinin qarşısını alır.


Kələmdə olan komponent süd vəzi, prostat, mədə xərçəngində çox faydalıdır.

Sağlam insanlar həftədə 3 dəfə çiy kələm yeyərsə, sərbəst radikalları zərərsizləşdirib, kanserogenlərdən qoruma bilər.

Aygün Musayeva