Elə xərçəng diaqnozları var ki, onlar həyati təhlükə daşımır, sadəcə, daim nəzarətdə saxlamaq lazımdır.
“Medicina” xəbər verir ki, onkoloq Zamira Racabova aqressiv olmayan şiş növlərini açıqlayıb.
Bu növlər zəif inkişaf edir, ciddi metastaz vermir, müalicəyə tabe olur.
“Alimlər ən az təhlükəli xərçəng növü kimi bazaliomanı-dəri xərçəngini hesab edir.
Eləcə də onkoloqlar bu vaxta kimi mübahisə edir: qalxanvari vəz xərçəngini müalicə etmək, əməliyyat etmək olar, yoxsa lazım deyil?
Bazalioma – dərinin bəd şişidir, epidermisdə və tük follikullarında inkişaf edir. Ultrabənövşəyi şüalanmadan yaranır.
Bu xərçəngə 60 yaşdan sonra rast gəlinir, metastaz vermir, xəstələrin ömrü uzun olur.
Qalxanvari vəzin papilyar xərçəngi çox rast gəlinir, o da çox gec inkişaf edir, azı 5-7-8 il ərzində böyüyür. Ölçüsü 1-2 sm-i keçmir. Pandemiyadan sonra qalxanvari vəz xərçəngi artıb, çünki kültəvi olaraq həmin sahə rentgen və KT-şüalanmasına məruz qalıb.
Yaponiyada alimlər qalxanvari vəz xərçənginə bu qədər önəm verməmə çağırır. Sadəcə xəstəni nəzarətdə saxlayıb, ildə 1 dəfə müayinə etmək lazımdır. Hansısa mərhələdə sadəcə əməliyyat lazım gələ bilər”.
Aygün Musayeva