Dünyada hansı qan qrupunun ən təhlükəli olduğu müəyyən edilib.
Medicina.az xəbər verir ki, bir sıra tədqiqatlar aparmış yapon alimlərinə görə, birinci qrup qan ağır yaralanmalar zamanı ölüm riskini təxminən üç dəfə artırır.
Mütəxəssislərin fikrincə, birinci qan qrupu olan xəstələrdə qan itkisi riski daha yüksəkdir, bu da zəif laxtalanma ilə izah olunur - bunun səbəbi qanda Fon Villebrand faktorunun (qan plazması qlikoprotein) birinci qrupda az olmasıdır.
Onu da əlavə edək ki, birinci qan qrupuna sahib insanlar universal donordurlar. Ancaq özlərinə yalnız öz qruplarının qanlarını köçürməyə icazə verilir.