Kababın faydası təkcə tərkibi ilə deyil, həm də düzgün hazırlanma üsulu ilə müəyyən olunur.
“Medicina” xəbər verir ki, həkim – diyetoloq Olqa Listopadovanın sözlərinə görə, toyuq kababı orqanizm üçün daha faydalıdır.
O, qril və ya manqalda hazırlanması üçün yalnız soğan, ədviyyat və mineral sudan istifadə etməyi məsləhət görüb:
“Ətə sirkə, souslar, konservantlar və şəkər olan marinadlar əlavə etməkdən çəkinin.
Gündə 3 tikə kabab sağlam insan üçün məqbul hesab edilir. Kababı ketçup və mayonezlə qarışdırmamalısız. Bu, yeməyi daha da yağlı edir və həzmi çətinləşdirir”.
Həkim tövsiyə edib ki, kabab yeyərkən şirin, qazlı içkilərdən, eləcə də pivədən çəkinmək lazımdır:
“Bu içkilər mədənin selikli qişasını qıcıqlandırır və şişkinliyə səbəb olur!".
Həkim onu da qeyd edib ki, yağlı ətin bol istehlakı qaraciyər, öd kisəsi, mədəaltı vəzi xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər:
“Mədə xorası, sürüşmə, yırtıq, Barret özofagusundan əziyyət çəkən insanlar üçün bərk kabab qadağandır”.
Həddindən artıq kabab yeməyin ağır nəticələri: mədə nahiyəsində narahatlıq və ağrı, sağ və sol hipokondriya.
Tərəvəzdən olan kabablar (pomidor, badımcan və bibər) sağlamlıq üçün faydalıdır. Tərkibində vitaminlər, minerallar, antioksidantlar və lif var.
Toyuq və ya hinduşka kabab üçün əla seçimdir, çünki mal və ya donuz ətindən daha az doymuş yağ var, zülalı da yüksəkdir.
Tərəvəzlərin manqalda həddindən artıq bişirilməsi bir çox vitamin və mineralları məhv edə bilər. Həmçinin məhsulda kanserogenlərin əmələ gəlməsinə səbəb olur.
Buna görə də tərəvəz kabablarını manqalda bişirərkən, çox saxlayıb yandırmamaq tövsiyə olunur
Günay Quluzadə