Xərçəngin, bədxassəli şişlərin əlamətləri şişin növü, yerləçməsi, xəstənin orqanizmi və yaşına görə bir-birindən çox fərqlənir. Xarakterik 5-7 əlamətlə iş keçmir.
Bununla belə ən təhlükəli növlərin spesifik simptomları var ki, artıq birinci və ikinci dərəcədə özünü göstərir.
Çox zaman xərçəngdən ölüm məhz gec diaqnoz və müalicə səbəbindən olur.
Medicina.az insan ömrünü sürətlə qısaldan və çətin növlərin simptomlarını təqdim edir.
Qorxmayın, sadəcə diqqətli olun
Mədəaltı vəzin şişləri
Statistikaya görə, bu xərçəng 40% hallarda 1-3 il ərzində ölümlə nəticələnir. Gec diaqnoz olunur, çünki xəstə həzm pozulması ilə xərçəngi ayırd edə bilmir.
Əlamətlər:
- Uzun sürən qəbizliklər
- İstirahət və yuxudan sonra belə qəribə halsızlıq, zəifləmə
- Qarında köp, şişkinlik
- Ürəkbulanma, qusma,öyümə
- Qanda qlükozanın artması
- Arıqlama
- İştahsızlıq
- Gec halda qarının yuxarı hissəsi sol tərəfdə ağrı
- Göz və dərinin saralması
Məzh bu növ xərçəng Applenin yaradıcısı milyarder Stiv Cobsun ölüm səbəbi olub.
- Öd yolları və qaraciyər xərçəngi
38% halda ölümlə nəticələnir. Metastaz olmasa, orqan nəqli olunsa, xəstə 5-7 il yaşaya bilər.
Qaraciyər şişinin əlamətləri:
- Sağ qabırğaaltında getdikcə artan basqı, sancı, ağrı
- Hərarətin 37,5 dərəcədə uzun müddət qalması
- Qarına su yığılması
- Göz dərinin, ovucların saralması
- İştahsızlıq, arıqlama
- Zəiflik, yorğunluq
Daha çox hepatit və sirrozu olanlar sonda xərçənglə üzləşə bilər
40 yaşdan sonra hər il qaraciyəri müayinə etmək lazımdır
Qida borusu xərçəngi
50% hallarda sürətlə inkişaf edib, ölümə səbəb olur.
Ən birinci xarakterik simptomu boğazda qəhər, sanki tikə qlama hissi, udqunma, yemək udmada çətinlik, səsin tutulması, xırıltılı olmasıdır.
- Döş qəfəsi və arxasında küt ağrı
- Ürəkbulanma, qusma, qanlı qusma
- Nəcisin qara rəng alması
- Arıqlama
Qida borusu ezofagiti olanlarda bu risk yüksəkdir.
Nə etməli:
40 yaşından sonra hər il qaraciyər, mədəaltı vəz yoxlanmalı, şübhəli məqamlarda MRT, KT, biopsiya edilməlidir.
35 yaşdan sonra hər 3-5 ildən bir mədənin zondla yoxlanması aparılmalıdır.
Maraqlı: İranlı həkimlər araşdırmalarında sübut ediblər ki, gündə yarım litrdən çox 50-60 dərəcədə isti çay, qəhvə, qaynar su içənlərdə qida borusu xərçənginin 7-12 il ərzində yaranma riski 90%-dir.