Çoxumuz marketlərdə ətirli və rəngarəng sabunlarla yanaşı qara rəngli, pis qoxulu sabunlara da rast gəlirik. Onlardan biri də tozağacının qətranından hazırlanan "deqtar” sabundur.
Bu təbii sabunun tərkibinə əlavə heç bir şey vurulmur. Hətta ətirləndirici belə.
Əksəriyyət rənginə və pis iyinə görə bu sabunu almağı və istifadə etməyi heç ağlından belə keçirmir. Amma öz müalicəvi xüsusiyyətləri ilə fərqlənən bu sabun kosmetologiyada bəzi xəstəliklərin profilaktikasında uğurla tətbiq edilir.
Medicina.az pis iyinə görə sevilməyən bu sabunun faydalarını təqdim edir:
1. Üz dərisi üçün
Əgər dərinizdə tez-tez sığanaq və səpgilər əmələ gəlirsə, o zaman qətranlı sabundan istifadə edin. Sabun quruducu tərkibə malikdir ki, bu xüsusiyyət üzdə olan sızanaqları yox edir. Bundan əlavə qətranlı sabun qətiyyən allergiyaya səbəb olmur, buna görə də ondan qorxmadan istifadə etmək olar.
2. Kəpək əleyhinə
Bu sabun başın dərisində olan xırda çatları sağaldır. Buna görə də kəpəkdən xilas olmaq istəyənlər bu sabunla başlarını yusalar, müsbət nəticə əldə edəcəklər. Bundan əlavə, sabundan saç tökülməsinin qarşısını almaq üçün də istifadə edilir. İstifadə zamanı saçları yaxşıca isladın, sabunu əvvəlcə saçların diblərinə çəkin, sonra isə bütün uzunluğu boyunca yayın. İki dəqiqədən sonra saçlarınızı təmiz yuyun. Daha sonra saçlarınıza balzam və ya qidalandırıcı maska vura bilərsiniz. Mütəmadi olaraq istifadə etdikdə kəpəyin tədricən yoxa çıxdığının şahidi olacaqsınız.
3. Dəri xəstəlikləri
Dermatit, ekzema, psoriaz, və bir çox başqa xəstəliklər artıq sağalmaz deyil. Ağcaqayın ağacının qarayağından hazırlanan sabun dərinin regenerasiya qabiliyyətini artırır və nəticədə dərinin sağalması sürətlənir.
4. İntim gigiyena
Ağcaqayın ağacının qarayağından hazırlanan sabun bir çox infeksiyalar, virusları və göbələkləri məhv etmək qabiliyyətinə malikdir.
5. Yaraları yumaq
Tərkibi 10 % qarayağ, yerdə qalan 90 %-i isə adi sabundur. Onun tərkibində virusları, bakteriyaları, göbələkləri məhv edən qələvi törəmələr və fenol olur. Buna görə də bu sabun yaraların yuyulmasında, sızanaq və digər problemlər zamanı tətbiq edilir.
6. Tərdən qorunmaq
Yayda "deqtar” sabunla qolaltı və ayaqları yuyaraq onların tərləməsinin qarşısını almaq olar. O təkcə tər iyini yox, həm də tər ifrazını da azaldır. Sabunun pis iyi olmasına baxmayaraq tez bir zamanda itir.
Onu da qeyd edək ki, "deqtar” sabunu pis iyli olduğuna görə, çox adam ondan istifadə etmir və əllərini, saçlarını onunla yuyacaqları zaman pis iy gələcəyini düşünürlər. Lakin bu belə deyil. Çox pis iyli olmasına baxmayaraq bur müddətdən sonra iy tamamilə çəkilir. Buna görə də çəkinmədən bu "pis iyli möcüzə”dən istifadə edə bilərsiniz.
Arzu
Medicina.az
Yoxluyum diyəcəm
Məndə saçlarımda kəpək var idi. Bahalı şampunlar onun kökünü kəsə bilmədi. Bu sabun haqqında oxuyandan sonra kəpəyin lap "atasını yandırdı". Pis qoxu 10 dəqiqədən sonra yoxa çıxır. Üz dərisində də faydalıdır
Men bu sabundan istibade eledim üzümü 3 defe sabunla yudum hele saçlarım uzumdede ele yudum xeyir olsun deye özümde yanama oldu yanır üzüm bilmirem niye gören ziyan elemdiki istifade waydadini bilen var zehmet olmasa mene deyerdiz xayis edirem ziyanli bir şey deyilki üzümü pis güne woymazki yende üzüm yanır neden ola biler Cox istifade etdiyim ucun ele
Mende almışam bu sabunan yaxşı sabundu
Əla bir məhsuldur. Tövsiyyə edirəm
Bes neçəyədir zehmet deyilse deyin
Bu çox əla bir tərkibə sahib bir məhsuldur mən deqtar sabunundan çox istifadə etmişəm və hal hazırdada istifadəyə davam edirəm