Amerika Milli İqtisadi bürosunun araşdırmasına görə, daha çox informativ məlumatlandırılmış xəstələr müalicə zamanı təyin edilən qidalanma, həyat tərzinə az riayət edir, bir çox müayinə prosedurlarını lazımsız hesab edir.
Medicina.az xəbər verir ki, ən çətin və həkimin sözünə baxmayan pasiyentlər statistik xəstələrə nisbətdə elə tibb işçiləri özləri olub: ordinatura, internatura, rezidentura keçmiş superinformasiyalı pasiyentlər xəstə kimi özlərini heç də yaxşı tərəfdən göstərmirlər, deyə elmi işin müəllifi Maykl Freyks bildirir.
Məsələn, keysəriyyə ilə doğum Dünya Səhiyyə Təşkilatının məsləhətləri lə yalnız ciddi tibbi göstəriş olmadan aparılmamalıdır. Lakin son illər ABŞ-da bu metodla doğum 2 dəfə artıb və keysəriyyəyə üz tutanların elə 29%-i tibbi savadı olan qadınlardır.
Həkim xəstələr lazımsız, əlavə müayinələrdən də imtina edirlər. Məsələn, katarakta əməliyyatından öncə döş qəfəsinin rentgeni etdirmirlər. Həkim xəstələr hesab edir ki, bu əməliyyatda rentgen əhəmiyyətli deyil və ona pul xərcləməyə dəyməz. Halbuki digər adi xəstələr məmnuyyətlə katarakta əməliyyatından öncə rentgendən keçirlər.
Ürək-damar problemlərində statinlərin qəbuluna da digər pasiyentlərlə yanaşı tibbi biliyi olan xəstələr daha az dəqiqliklə əməl edir və ciddi yanaşmır.
Tədiqiqatçılar bunun səbəbini həkim və tibb işçilərinin peşələri ilə bağlı vaxtlarının azlığında görür. Həkimlər öz sağlamlıqlarını önəmli yerdə tutmur.
.