Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən nadir onkoloji xəstəlik – Boyunda xərçəng olurmu?

  • 2025.01.27 15:55
  • 619 Baxış
Ən nadir onkoloji xəstəlik  – Boyunda xərçəng olurmu?



Ən nadir xərçəng növlərindən biri də onurğa sütununda yarana bilir.

“Medicina” xəbər verir ki, cərrah Nina Zubova bədxassəli şişlərin nadir növündən danışıb.

O, xərçəngin dörd ən nadir növünün adını çəkərək, onların digərlərindən çox az rast gəlinən onkoloji xəstəliklərin olduğunu izah edib


“200-ə yaxın nadir xərçəng növü məlumdur. Bunlara ildə 100 min əhaliyə 2-6 nəfərdən az xəstədə aşkarlanan onkoloji xəstəliklər daxildir. Lakin nadir şişlər bütün onkoloji xəstəliklərin 20-25%-ni təşkil edir. Bəzi məlumatlara görə, xərçəngin bu cür formaları olan xəstələrin təxminən yarısı diaqnoz qoyulandan sonra beş il ərzində ölür”.

Xərçəngin ən nadir növlərindən biri xordomadır, hansı ki. sakral və boyun onurğasında, kəllə sümüyünün dibində inkişaf etməyə meyllidir.


Bu şiş sümük toxumasının məhvinə, sinirlərin və qan damarlarının sıxılmasına kömək edir və praktiki olaraq müalicəyə cavab vermir.
Ürəyin bədxassəli şişləri də nadir hesab olunur.

“Bu xərçəng növü ilə təngnəfəslik tədricən inkişaf edir, ürək ritmi pozulur, insan özünü yorğun, halsız hiss edir. Ürək xərçəngi sağalmazdır; terapiya yalnız xəstənin vəziyyətini yaxşılaşdıra və simptomları yüngülləşdirə bilər" deyə həkim bildirib.


Aygün Musayeva