Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən əsəbi qan qrupu açıqlandı - Araşdırma

  • 2025.01.17 14:51
  • 465 Baxış
Ən əsəbi qan qrupu açıqlandı -  Araşdırma
Son illərdə qan qrupları ilə bağlı araşdırmalar artmağa başlayıb.

Bu araşdırmalardan ən diqqət çəkəni Yaponiyada aparılıb.

Medicina.az xəbər verir ki, 1920-ci illərin sonlarında Tokeji Furukava adlı tədqiqatçı psixoloq “Mizaç və Qan Tipləri üzrə Tədqiqat” adlı məqalə dərc etdirdi.

Bu məqalə ilə bağlı ən təəccüblü detallar 2013-cü ildə ortaya çıxdı.

Furukava öz araşdırmasında subyektlərindən 11 suallıq sorğu ilə öz şəxsiyyətlərini qiymətləndirmələrini istədi.

O, bu sualların cavablarının iştirakçıların qan qruplarına uyğun olduğunu müəyyən edib.

Araşdırmaya görə, B qan qrupu olan insanlar hirslənməyə daha çox meyllidirlər. Bu insanlar xüsusilə stresli və rəqabətli mühitlərdə daha aqressiv reaksiya göstərə bilərlər.

B qan qrupu olan insanlar digər qan qruplarına nisbətən stresə daha həssas ola bilər və bu, onların emosional reaksiyalarına təsir edə bilər.



Aygün Nəbiyeva
Medicina.az