Populyar Aralıq dənizi dietası artıq öz yerini yeni pəhrizə verir.
“Medicina” xəbər verir ki, dietoloq Mişel Ruzenşteyn Atlantik pəhrizinin üstünlüyündən danışıb.
“Aralıq dənizi pəhrizini bir çox məşhurlar saxlayıb: Selena Qomes, Cenifer Eniston, Ketrin Zeta Cons, Kameron Dias, Penelopa Krus. Bu rasiona balıq, zeytun, süd, tərəvəzlər, qoz daxildir.
Lakin İspaniya mütəxəssisləri reallıqda bu dietanın sağlamlıq üçün təhlükəli ola biləcəyini sübut edib.
Aralıq dənizi pəhrizi metobolik sindroma səbə olub, nəticədə diabetə gətirə bilər.
Ona görə həkimlər Atlantik dietasına diqqət çəkir.
Alimlər 231 ailə üzərində tədqiqat apararaq, 6 ay ərzində bu dietanın təsirini araşdırıb.
Dietada qızarma və sobada yeməklər istisna edilir, buxarda və suda bişirilmiş, pörtləmə yerli mövsümi tərəvəzlərə üstünlük verilir.
Məhz bu rasion metobolik sindromu azaldıb, xolesterini və çəkini salıb.
Tədqiqatda 450 nəfər metobolik sindromu olan insanların 30% -də 6 aylıq dietadan sonra xəstəliyin əlamətləri itib, bununla da şəkər, ürək-damar xəstəlikləri riski azalıb”.
Aygün Musayeva