Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aktiv yoluxma Gəncə və Lənkəranda qeydə alınır- Təbib sədri

  • 2020.05.01 17:47
  • 2210 Baxış
Aktiv yoluxma Gəncə və Lənkəranda qeydə alınır - Təbib sədri

“Hazırda ən çox aktiv yoluxma halları Gəncə və Lənkəranda qeydə alınıb”.

Medicina.az xəbər verir ki. bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarında koronavirusa yoluxma halları üstünlük təşkil edir:

“Ümumilikdə yoluxanların 50% -i Bakı şəhərindən, 3,2 faizi isə Sumqayıtdandır. Burada əhalinin sıxlığı önəmlidir.

Gəncə və Lənkəran şəhərlərində də yoluxma halları üstünlük təşkil edir. Həmçinin, qeyd etmək lazımdır ki, qadınlar arasında yoluxma yenə də üstünlüyünü qoruyur”.