Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən çox yoluxma bu bölgələrdə qeydə alınıb

  • 2020.06.09 19:39
  • 1837 Baxış
Ən çox yoluxma bu bölgələrdə qeydə alınıb

Bakı şəhərində koronavirusa yoluxanların sayı 50 faizdən yuxarıdır.

Medicina.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Gəncə-Qazax zonasında yoluxma 12,5 faiz, Abşeron rayonunda 11,6 faiz, Aran bölgəsində 9,3 faiz, Lənkəranda 7,3 faiz müşahidə edilib.

Bakının Sabunçu rayonunda 12,4 faiz, Yasamalda 12, 3 faiz, Binəqədidə 12,3 faiz, Xətai rayonunda 11,6 faiz, Nəsimidə 11 faiz, Suraxanıda 9,4 faiz, Nizami rayonunda 7,2 faiz, Qaradağda 7 faiz yoluxma qeydə alınıb. Bakının digər rayonlarında koronavirusa yoluxma sayı 4 faizdən aşağıdır.