Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən çox xərçəngə tutulma riski olan - 5 insan qrupu

  • 2023.06.06 11:51
  • 2872 Baxış
Ən çox xərçəngə tutulma riski olan  - 5 insan qrupu
Həyat tərzimiz, işimiz, peşəmiz və xroniki xəstəliklərimiz təhlükəli bir xəstəliyə səbəb ola bilər. Erkən mərhələdə xərçəngdən şübhələnmək çətindir. Şiş illərlə özünü biruzə vermir. Ehtimal edilən təzahürlərdən: yorğunluq, zəiflik, yuxululuq hissini demək olar.



“Medicina” xəbər verir ki, Onkoloq İvan Karasevin sözlərinə görə, xərçəngə ən çox həssas olan 5 qrup insan var:


5-ci yer. İnsan papillomavirusu (HPV), Epsteyn-Barr virusu, hepatit B və C olan insanlar. Mənfi şəraitdə HPV-nin uşaqlıq boynu xərçənginə, Epsteyin-Barr virusunun - nazofarenks xərçənginə, limfomalara, mədə xərçənginə səbəb olur.

4-cü yer - bunlar zəhərli və ya radioaktiv maddələrlə təmasda olan insanlardır. Hüceyrələrdə mutasiya riskini çox artırırlar.

3-cü yer: Nəsil və ailəsində xərçəng xəstəsi olanlar. Ən çox irsi olan süd vəzisi, uşaqlıq yolu və mədə-bağırsaq xərçəngləridir.


2-ci yer. Siqaret çəkənlər və müntəzəm içki içənlər. Nikotin və spirt bütövlükdə bütün bədənə mənfi təsir göstərir, buna görə də istənilən növ xərçəng şişinin inkişaf riski artır.


1-ci yer. Yaşlı insanlar. Yaşla bədənimiz zəifləyir, hüceyrələrin səhvsiz çoxalma qabiliyyəti azalır, buna görə də yaşlılarda onkologiya baş verir. Təəssüf ki, siz bu amildən qaça bilməzsiniz, ancaq 30-40 yaşda riskləri azalda bilərsiniz.

Aygün Musayeva