Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox sevdiyimiz yemək ölümcül təhlükəlidir - Alimlər xəbərdarlıq edirlər

  • 2019.04.10 09:13
  • 45458 Baxış
Çox sevdiyimiz yemək ölümcül təhlükəlidir -  Alimlər xəbərdarlıq edirlər

Kabab milli mətbəximizin ən çox sevilən yeməklərindəndır. Bir sıra əhəmiyyətli məclislərdə, qonaqlıqlarda hələ qədimdən kabab bişirilir. 


Bir çoxları tərəfindən kabab ən faydalı qida olaraq bilinir. Amma elmi araşdırmalar əksini bildirir.

 


Medicina.az bildirir ki, kabab bişirmək siqaret çəkmək qədər zərərlidır və onkoloji xəstəliklərə səbəb ola bilər. Bundan əlavə tez-tez kabab bişirən insanlarda pnevmaniya və astma kimi xəstəliklərə yoluxma riski 40-60 faizə qədər artır.  

 

Alimlər həmçinin də odunla kabab bişirən insanlarda ağciyər xəstəliyinin yaranma riskinin 37 faiz, kömürlə bişirənlərdə isə 22 faiz olduğunu bildiriblər.  

Vərəmə yoluxmaq riski isə təxminən 1.5-2 dəfə artır. 


Həkimlərin bildirdiklərinə görə, hətta tüstü ilə arabir kontakta olmaq belə bədəndə olan kanserogenlərin miqdarını artıraraq ağciyər, sidik kisəsi, dəri xərçəngi riskini artırır. 


Bir çox mütəxəssislər həddən artıq yüksək temperaturda bişən ətin də böyrək xərçənginə yol açdığını deyirlər. Bu proses açıq havada aparıldıqda isə təhlükə daha da artır. 

 

Arzu

Medicina.az

Çox sevdiyimiz yemək ölümcül təhlükəlidir -  Alimlər xəbərdarlıq edirlər
Çox sevdiyimiz yemək ölümcül təhlükəlidir -  Alimlər xəbərdarlıq edirlər