Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bir ipdən asılı olan həssas nahiyələrƏn çox satılan alt paltarı: STRİNQ

  • 2018.11.07 17:37
  • 45208 Baxış
 - Bir ipdən asılı olan həssas nahiyələr Ən çox satılan alt paltarı: STRİNQ
Alt paltarlarını necə seçməli?


Alt paltarının tarixi kifayət qədər qədimdir. Lakin müasir dövrdə alt paltarları forma dəyişikliyinə uğrayıb. Bu forma dəyişikliyi də alt paltarlarını orqanizmə ziyanlı hala gətirib.


Medicina.az alt paltarlarının ziyanlarını təqdim edir: 


Strinq – statistikaya görə, qadınlar üçün ən çox satılan alt paltarı modelidir. Amma ginekolooqlar strinqlərin ən ziyanlı alt geyimi olduğunu bildirirlər.

 

Geyimin arxa hissəsini əvəz edən bağ yalnız incə dərini zədələmir, həm də anal nahiyədən vaginaya doğru bakteriyaların daşınması üçün vasitədir. Nəticədə sistitə, göbələk infeksiyasına yoluxmaq şansı yüksəlir. 


Bikini – çox rahat və kifayət qədər zərərsiz alt paltarı modelidir. Amma çox açıq olduğu üçün onu ilin soyuq aylarında geyinmək məsləhətdir. 


Şort model – bu modeli mütləq ölçüyə uyğun seçmək lazımdır. Sıx şort sağrı əzələsini sıxır və kiçik çanaqda olan qan dövranını pozur. Buna görə də varikoz xəstəsi olan qadınlara şort modeldə alt paltarı geyinmək tövsiyyə olunmur.

 

Kişilərdə də vəziyyət eynidir. Bəzi modellər var ki, həkimlər onun geyinilməsini labüd saymır.  


"Plavki” - statistikaya görə, ən geniş yayılan kişi alt paltarı modelidir. Amma həkimlərin fikrincə, bu geyimi yalnız çimərlikdə geyinmək daha məqsədəuyğundur. Plavki damarları sıxır, limfa düyünlərinə təzyiq göstərir, qan dövranını pozur, tesislərə (xayalara) gedən qan təchizatını azaldaraq onların qızmasına səbəb olur. 


Qısa şort – kişi alt geyimləri içərisində ən ideal forma sayılır. Son dərəcə komfortlu, rahat olan bu geyim kişi sağlamlığının ən yaxşı sığortasıdır.


Strinq - qadınlar üçün nəzərdə tutulan strinq kimi kişi strinqləri də narahatlıq, zədə və infeksiya mənbəyi hesab edilir.  


Şort - sübut olunub ki, bu formalı geyim əzələləri yorğunluqdan qoruyur. Amma idman zallarında onlardan istifadə etmək məsləhət deyil. Narahatlıq, qızma, qan dövranının pozulması kişi sonsuzluğunun səbəbi ola bilər. 


Alt paltarları hansı materiallardan olmalıdır? 


Güpür -dəridə qıcıqlanma yaradaraq dermatitə səbəb ola bilər. Gündəlik geyinmək üçün deyil, yalnız xüsusi günlər üçün nəzərdə tutulub. 


Sintetik – özündə nəm saxlayır. İsti nəm mikromühit isə təhlükəki bakteriyaların çoxalması üçün münbit şəraitdir.  


Rəngli alt geyimləri – bu cür geyimləri yalnız xüsusi mağazalardan almaq olar. Ucuz geyimlərdə olan süni rənglər dermatit və ekzemaya səbəb ola bilər. 


İpək – ipək geyimlər hiqroskopdur, nəfəs alır və sərinlik effekti yaradır. Buna görə də ən təhlükəsiz və rahat hesab edilir. 

Medicina.az