Xərçəngin səbəblərindən biri qidalanmadırsa, qidalardakı kanserogen maddələrin təsiri rol oynayır. Bu maddələr təkcə yeməklərdə yox, əşya və yuyucu vasitələrdə də olur.
“Medicina”xəbər verir ki, onkoloq İvan Karasev isti hisə vermə məhsullarının real kanserogen mənbəyi olduğunu bildirib.
“Hər gün hisə verilmiş kolbasa, sosis, vetçina və emal edilmiş ət məhsulları yemək orqanizmdə kanserogen maddələri artırır.
Kolbasalar emal edilmiş ət, piy və dadlandırıcıdan başqa bir şey deyil.
Belə qidaları yemək öd, mədə-bağırsaqda poliplər əmələ gətirir, daha sonra bədxassəli şişlərə çevrilir.
Acı, yağlı, qızardılmış qidalara həvəs kolorektal xərçəng riskini artırır.
Uşaqları kolbasa –sosisə alışdırmaq isə onlarda erkən xəstəliklərə yol açır”.
Aygün Musayeva