İnsanların qızdırma və ağrı zamanı üz tutduqları, artıq klassikaya çevrilmiş metodlar, dərmanlar, qızdırmasalıcı və ağrıkəsicilər əslində orqanizminizə ciddi zərbə vurub, təhlükəli vəziyyət yarada bilər.
Medicina.az az xəbər verir ki, hazırda menstruasiya ağrılarından tutmuş baş ağrısı, qrip, artrit, adi halsızlıqda belə dərhal qeyri-stereoid iltihab əleyhinə dərmanlar ən çox alınıb istifadə edilir. Aptekə girən kimi bu dərmanları tövsiyyə edirlər.
Reseptsiz satılan ibuprofen, parasetamol, diklofenak, indometisin, nimesil, naproksen, aspirin – təkcə tablet şəklində yox, iynə, maz, şam formasında da olur.
Kimlərdə adi ağrıkəsici əks effekt verib, təhlükə yarada bilər?
Ümumdünya Səhiyyə Təşkilatı həkimsiz və reseptsiz bu qrup insanların belə dərmanları qəbul etməsini tövsiyyə etmir:
-Astmalı xəstələr
-65 yaşdan yuxarı yaşlılar
-Mədəsində şiş, xora, yara olanlar
-Qaraciyər, böyrək, təzyiq və bağırsaq problemi olanlar
-Hamilələr, südverənlər
Uzun müddət bu tərkibli dərmanları böyük dozlarla qəbul etmək çox təhlükələr yaradır.
-Bir çox alimlər aspirindən başqa bütün digər qeyri-stereoid dərmanlar insult və infarkt riskini artırır.
-Xüsusən diklofenak qəbulu riski 3 dəfə artır
-Uzun müddət qəbuldan sonra qəfil bu dərmanların kəsilməsi də ürək, tromb, infarkt, insult riski artırır.
-Doza həkim nəzarəti ilə getdikcə azaldırlaraq kəsilməlidir.
-Qeyri-stereoid dərmanların mədə qanaması, yaralar, bağırsaq qanaması yaratması faktları daha çoxdur. Xüusəən yaşlı insanlarda bu risk yüksəkdir.
-Eləcə də gənc qadın və kişilər uzun müddət bu dərmanları qəbul etdikdə reproduktiv sistemə mənfi təsir edir və sonsuqluq yaradır.
-Əgər bu dərmanları qəbul etdikdə aşağıdakı hallardan biri baş verərsə, qəbulu dayandırıb, həkiminizə məlumat verin:
-Mədədə,qarında sancı, həzm pozğunluğu, diareya
-Qusma, qanlı qusma, qara nəcis, bənizin ağarması
-Baş gicəllənmə, yuxululuq
-Allergik reaksiyalar
-Böyrəklər tərəfdən problem
Digər xəstəliklərin müalicəsi məqsədilə başqa tərkibdə dərmanlar qəbul edən şəxslər, xüsusən diuretiklər, antidepressant qəbul edənlər həkimsiz qeyri-stereod dərmanlar almamalıdır.