Bu içkini ağır xəstələr, əməliyyatdan yeni çıxanlar, xərçəng xəstəliyi ilə mübarizə aparanlar, ümumilikdə zəiflik və halsızlığı olan insanlar içə bilər.
Yulaf və yaxud Herkulesdən ( satışda var) hazırlanır. Medicina.az resepti təqdim edir:
2 xörək qaşığı yulafı 2 stəkan suda zəif odda 1 saat ərzində qaynadırsız. Kisel halına düşməlidir.
Süzüb, bura 2 stəkan süd əlavə edib, yenidən qaynadırsız.
Alınmış içkini isidilmiş halda çay kimi gün ərzində 2-3 dəfə içirsiz.