Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ən ağır xəstələrə də güc verən- HƏYAT ELİKSİRİ

  • 2018.06.18 17:37
  • 28126 Baxış
Ən ağır xəstələrə də güc verən-  HƏYAT ELİKSİRİ

Bu içkini ağır xəstələr, əməliyyatdan yeni çıxanlar, xərçəng xəstəliyi ilə mübarizə aparanlar, ümumilikdə zəiflik və halsızlığı olan insanlar içə bilər.

Yulaf  və yaxud Herkulesdən ( satışda var) hazırlanır. Ona "Həyat eliksiri" adını veriblər.


Medicina.az həmin super resepti təqdim edir:


2 xörək qaşığı yulafı 2 stəkan suda zəif odda 1 saat ərzində qaynadırsız. Kisel halına düşməlidir. 

Süzüb, bura 2 stəkan süd əlavə edib, yenidən qaynadırsız. 


Alınmış  içkini isidilmiş halda çay kimi gün ərzində 2-3 dəfə içirsiz.