Ağır dərəcəli varikozun lazerlə müalicəsi – Zülfüqar Yusifov (VİDEO)
Ağır dərəcəli varikozun lazerlə müalicəsi – Zülfüqar Yusifov (VİDEO)
2019.02.14 15:02
14438 Baxış
Azərbaycan qadınlarında çox rast gəlinən aşağı ətrafların varikoz damar problemi vaxtında müalicə olunmadıqda çox ağır fəsadlar verir.
Odur ki, vaxtında mütəxəssis yanına getməli və problemin həllinə çalışılmalıdır. Azərbaycanda bu sahə üzrə ixtisaslaşmış və mükəmməl əməliyyatlar həyata keçirən Ağrı Mərkəzi 57 yaşlı qadını bu bəladan xilas edib. Pasiyent mərkəzə müraciət edəndə ayaqlarda venoz yaralar açılmış, ayaq və diz altı göyərmiş, dermatoskleroz əlamətləri, ayaqda şişkinlik, dəridə venoz ekzema deyilən yaralar yaranmışdı. Xəstə ağrılardan əziyyət çəkir, qaşınır, normal yeriməsi mümkün deyildi.
Bu pasiyentdə varikoz xəstəliyinin bütün ağırlaşmaları özünü göstərirdi.
Ağrı Mərkəzinin rəhbəri, invaziv ağrı mütəxəssisi, fleboloq Zülfüqar Yusifov pasiyenti əməliyyat edərək, xəstə damarı ləğv etdi.
Əməliyyatla bağlı Medicina.az-a danışan Z.Yusifov bildirdi ki, xəstədə yeni əməliyyatdan sonra ağrı, ödem və şişkinlik çəkilib. 1-2 ay ərzində dəri də bərpa olunacaq.
Həkim təqdim etdiyimiz VİDEODA bu əməliyyat və ümumiyyətlə, varikoz xəstəliyində müasir müayinə metodları və endovenoz lazer əməliyyatı ilə müalicədən danışır.