Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Əminliklə deyirəm ki, koronavirus bioloji silahdır və insan üzərində sınanıb" - Reanimatoloq Kəmalə Namazova

  • 2020.08.03 23:25
  • 16405 Baxış
"Əminliklə deyirəm ki, koronavirus bioloji silahdır və insan üzərində sınanıb" -  Reanimatoloq Kəmalə Namazova

"Artıq 5 aydır ki, COVİD-19-la Mübarizə Mərkəzində işləyirəm. Bir klinisist kimi işlədiyim xəstələrin müayinələrinin statistikasına baxıram. Bir çox mənbədə SARS-COV-2 virusunun rezervuarının yarasalar olduğu qeyd olunub. Mən isə öz fikrimi yazacam".

Medicina.az xəbər verir ki, bu sözləri reanimatoloq Kəmalə Namazova "Facebook" hesabında yazıb. Həmin yazını olduğu kimi təqdim edirik:

1. Bu virus II (A) RH+ qan qrupuna aid insan üzərində sınandığı üçün yoluxma daha çox oldu. II qrup çoxluq təşkil edir və ölüm faizi də II qruplarda daha çox oldu.

2. Çin tədqiqatçıları sübut edib ki, D-Dimer 1000 nq/ml çoxdursa, həmin xəstələrdə ölüm ehtimalı 18 qat artır.

3. Patoloqoanatomik Bin Cao sübut edib ki, tromb kütlələrinə nəinki ağciyərdə, həmçinin ürəkdə, beyində, mezenteriumda, qaraciyərdə, böyrəkdə də rast gəlinir. Mezenteriumda olma səbəbi bağırsaq peristaltikasının zəif olmasıdır.

4. Uhanın Tongji şəhərində 1700 xəstədən 25%-də sağalma mərhələsində olsa da, vəziyyətləri qəfil pisləşib. Xəstələr antiaqreqant və antikoaqulyant qəbul etməsinə baxmayaraq, ölüm səbəbləri koronar tromboz, miokard infarktı olub.

5. A. Qromov tədqiqatlarında müəyyən edib ki, SARS-COV-2, pnevmoniya fonunda tənəffüs çatışmazlığı inkişaf etmiş, bədən konfiqurasiyası tosqun olan 71% xəstənin ölüm səbəbi trombohemoragik sindrom olub. Bu xəstələrdən 18-də həm qanaxma, həm də ağciyər arteriyalarının mikrotrombozları olub.

6. Araşdırma apardığım 3000-ə yaxın xəstədə ən yüksək göstəricilər belədir: Leykosit-56000, CRP-980, Prokalsitonin-73, D-Dimer 110000, ferritin-32000, LDH-4440, Trombosit-1200000.

Tam əminliklə deyirəm ki, bu, bioloji silahdır. Toxumalarda kimyəvi yanıq törədir. Ən çox traxeyanın, bronxların selikli qişasını zədələdiyi üçün sanasiya zamanı baş verən aroziv qanaxmaların səbəbi məhz budur. Bundan başqa sanasiya və öskürmə zamanı xəstələrdən nekrozlaşmış ağciyər toxuması xaric olur. Bu şəkildəki isə ağciyərin nekrotik kütləsidir.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.