Rusiyada yaşayan azərbaycanlı bisnesmen, müğənni Emin Ağalarov ikinci dəfə nikah masasına əyləşdiyi Alyona Qavrilovadan boşanır.
Medicina.az xəbər verir ki, Emin bu barədə İnstagram səhifəsində yazıb.
Cütlüyün nikahı 2 il davam edib və onların Afina adlı qızları var.
“Təəssüf ki, hər şey planladığımız kimi alınmadı. Mən səmimi-qəlbdən sənə hər yaşanan günə və möcüzə qızımız Afinaya görə minnətdaram. Bundan sonrakı həyatımızın növbəti mərhələsi övladımızın tərbiyəsi olacaq” – deyə Emin Ağalarov yazıb.