Emin Ağalarov klinika açır - 1 milyon dollar vəsait ayırıb

  • 2018.02.05 12:49
  • 15701 Baxış
Emin Ağalarov klinika açır -  1 milyon dollar vəsait ayırıb
Rusiyada yaşayan azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov klinikalar şəbəkəsi açır.


Medicina.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mərkəzdə stomotologiya, dəriyə qulluq, apparatla kosmetologiya xidmətləri yer alacaq.


Məlumata görə, əvvəlcə iki xəstəxana açılacaq. Daha sonra biznes şəbəkə formasında inkişaf etdiriləcək. Emin iki xəstəxana üçün 1 milyon dollar investisiya qoyub. Bildirilir ki, ilk klinika Ağalarovların sahib olduğu "Vegas” əyləncə mərkəzində yerləşəcək.