Kəllə sümüklərinin birləşdiyi sahədəki boşluğa deyilir. Körpənin
başında əlimizə dəyən yumşaq yer elə əmgəkdir. Əmgək ön,arxa və yanlarda olur.
Ön əmgək ən böyükdür və 6-18 ay arası bağlanır. Lakin 6 aydan tez və 18 aydan
da gec bağlana bilir. Arxa əmgək isə kiçik olub 2- 3
ayında bağlanır.
Medicina.az xəbər verir ki, pediatr Altay Abdullaoğlu yeni doğulmuş uşağın həyatında əmgəyin önəmli
funksiyaları olduğunu bildirib.
"Ən birinci dölün doğuş yollarından keçən zaman kəllə sümüklərinin
bir-birinin üzərinə çıxmasını təmin edir, daha sonralar isə beyinin böyüməsinə
imkan yaradır. Bəzən ön əmgək vaxtından əvvəl bağlanır, bu isə valideynlərin
narahatçılığına səbəb olur. Gördüyümüz qədəri ilə belə uşaqlara kurs - kurs müalicələr
yazılır və dərmanlar istifadə edilir.
Burda əsas olan isə başın ölçülərinin
körpənin ayına uyğun böyüməsi, sinir-psixi inkişafın normal olmasıdır. Ümumiyyətlə,
əmgək erkən bağlanıb, başın balaca qalması çox nadir rast gəlinən bir haldır.
Yanlış fikirlərdən biri də əmgək balaca olduqda D vitaminin dayandırılmasıdır.
Lakin əmgəyin dar olması D vitaminin verilməsinə əks göstəriş deyil. Bilinməlidir
ki, əmgəyi böyüdən və ya kiçildən dərman preparatı yoxdur".