Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əməliyyatdan sonra ağırlaşan aktyorun vəziyyəti

  • 2025.03.11 15:31
  • 181 Baxış
Əməliyyatdan sonra ağırlaşan aktyorun vəziyyəti



Bir neçə gün öncə Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilən Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb.

"Medicina" xəbər verir ki, Aktyorun qızı Leyla Rəhimlinin Oxu.Az-a verdiyi məlumata görə, onun vəziyyəti çox ağırdır:

"Süni tənəffüs aparatına qoşuludur. Reanimasiyadadır. Vəziyyəti həddən artıq ağırdır, kritikdən də kritikdir".

Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.