İngiltərədə kəskin öskürək şikayəti ilə xəstəxanaya müraciət edən adam həkimləri təəccübləndirib.
Medicina.az xəbər verir ki, həkimlər 47 yaşlı xəstəyə xərçəng diaqnozu qoyaraq ağ ciyərini əməliyyat ediblər. Əməliyyat zamanı isə onun ağ ciyərindən oyuncaq yol nişanı tapılıb.
Həkimlər oyuncağın orqanizmə səbəbkarın kiçik yaşlarında daxil olduğuna görə, inkişaf etməkdə olan ciyərlərə uyğunlaşdığını və xəstəyə problem yaratmadığını bildirib.
Uşaqların oyuncaq udması hadisələri tez-tez baş verir. Lakin oyuncağın illərlə bədəndə qalaraq heç bir problem yaratmaması nadir rast gəlinir.