Misirdə keysəriyyə əməliyyatı zamanı cərrahla anestizoloqun mübahisəsi qarşısıalınmaz davaya çevrilib.
Medicina.az xəbər verir ki, əməliyyatın ortasında ümumi qaydalara görə sözü çəp gələn həkimlərdən biri digərinə əlində olan iti tibbi alətlə zərbələr endirib.
Hadisə yerinə polislər gəlib, hər ikisi əməliyyatxanadan çıxarılıb, pasiyenti başqa cərrah əməliyyat edib.
Hər iki həkim prokuror qarşısına çıxarılacaq.